Briz歌词

添加日期:2024-02-03 时长:03分30秒 歌手:Orkhan Zeynalli

作词 : Orxan Zeynallı
作曲 : Nejc Raspotnik
Bizə olmaz, ver əlini sus
Fərq eləmir nədir yolumuz
Soyuq olsa, olaram buz
Sən axı günəşsən, budur sonumuz
Ötən aylara bax, illərə bax
Heç nə danışma, dinlə və bax
Mənim üçün sən, ən uca dağ
Qucağın ətək, zirvə dodaq
Səni tapdım bir küçədə
Alıb itdın məni çərçivədən
Sevgiyə uduzar mərci bədən
Sevginin zəhəri təhlükəli civədən
Səni tapdım, məni sevəsən
Sevib unudasan ki, məntiqi sonuma çatım
Ümid vermə, yox, o yaşım deyil
Gəl, olan - qalan ümidi al, amma qoyma batım
Briz, atıb sahilə məni sənsiz
Ver əlini üz
Enək dərinə
Olaq sonsuz dəniz
Briz, atıb sahilə məni sənsiz
Ver əlini üz
Enək dərinə
Olaq sonsuz dəniz
Səni tapdım, yanımda qal
Ya da çıx get, yanımda olma
İstəyirsən dərd ol, istəyirsən ağrı
Amma nə olar yalandan olma
Səni tapdım, məni incit
Məni qoy get, yağışla bax
Sonra geri dön, bağışla de
Səni yox, sevirəm səni bağışlamağı
Axı səni tapdım, necə itirim indi?
Qalxan ocaq idim, fitilim endi
Dəyişib, gülmək, sevmək rəngin
Sən dəyişmisən, Orxan həmindir
Səni tapdım, boş okeanda
Məni də apar, gülüşün son gəmimdir
Ağladın, Bakı yandı
Göz yaşın məni dibə aparan su pərimdir
Sənə çatdım, amma gec idi
Bu üzüntü yox, tərcih idi
Qəlizəm axı tez çözdün məni, sevgilim
Dəniz suyu bilib üzdün məni, sevgilim
Son qara ton
Gecə çox monoton, öp günaha batım
Həyəcan vermə, o yaşım deyil
Gəl, olan - qalan canı al, amma qoyma batım
Briz, atıb sahilə məni sənsiz
Ver əlini üz
Enək dərinə
Olaq sonsuz dəniz
Briz, atıb sahilə məni sənsiz
Ver əlini üz
Enək dərinə
Olaq sonsuz dəniz编辑于2024/02/03更新
更多>

人气推荐

更多>

喜欢【Orkhan Zeynalli】您也可能喜欢TA们的歌词…

Copyright @2011 - 2024 www.9ku.com
九酷音乐网 版权所有
不提供下载及不提供任何下载链接,档案仅作低品质试听,本站充分的认识到保护音乐版权的重要性;
由于音乐来自网友通过共享上传,本站未及一一审核,如有侵犯版权请及时电邮并出示版权证明,我们将在24小时内删除。