作词 : Fidan Axundova 作曲 : Miriyusif Mirbabayev Gecikmiş sevginin baharı nədən Payıza bənzəyir, qışa bənzəyir? Dilindən çıxan sevinclə hər kəlmə Gözdən süzülən yaşa bənzəyir? Əllərin toxunmur göyün üzünə Ürəyin alışır, baxmır sözünə Anlayış umursan özün özünə Kimsə anlamır, boşa bənzəyir Adım ruzigar Sənə tərəf əsmişəm tanrıdan yadigar Bu dünyada bir tək ölümə çarə yox Adım ruzigar Sənə tərəf əsmişəm tanrıdan yadigar Bu dünyada bir tək ölümə çarə yox Pəncərəni yuyur nakam yağışlar Damlalar ömürdən yaşa bənzəyir Arxanca zillənən haqsız baxışlar Birdən atılan daşa bənzəyir Sevirsən duymadan doğmanı, yadı Taleyin kimsədən imdad ummadı Bu sevgi o qədər asan olmadı Qanadı qırılmış quşa bənzəyir Adım ruzigar Sənə tərəf əsmişəm tanrıdan yadigar Bu dünyada bir tək ölümə çarə yox Adım ruzigar Sənə tərəf əsmişəm tanrıdan yadigar Bu dünyada bir tək ölümə çarə yox编辑于2024/01/05更新